Menstruasiyanızın sizi hazırlıqsız olanda başladığı olub mu?
Bir çox qadın bu problemlə qarşılaşır. LetsBlossom olaraq bu problemə bir son gətirdik!
Bəs hər şey necə başladı?
İlk olaraq LetsBlossom ideyasının və komandasının formalaşması məhz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan E-ticarət Birliyi və Sup.vc təşkilatçılığı ilə həyata keçirilən, Azərbaycanın ilk E-ticarət Təlim və İnkubasiya proqramı olan EcomX proqramında başladı.
LetsBlossom – layihənin ideyasını irəli sürən və təsisçilərdən olan xanımın şəxsi təcrübəsindən doğmuşdur.
Qarlı və sərt bir Bakı günündə, 3 aylıq təlim proqramı çərçivəsində işdə olduğu zaman o, menstruasiya olur və ən vacib anda yanında heç bir məhsulun olmadığını anlayır. Narahatlıq hissi, ağrılar və stresslə çətinliklə özünü evə çatdırır. Bu hadisə onun yaddaşında dərin iz buraxır və məhz həmin gün bir ideyanın doğuluş anına çevrilir.
Dərslərdən əldə etdiyi biliklər və şəxsi təcrübəsi birləşərək, workshop zamanı 5 dəqiqə ərzində komandanın dəstəyi ilə LetsBlossom ideyası yaranır. Sadəcə bir səhifəlik cızma-qaralarla təqdim edilən layihə, həmin workshop-un qalibi seçilir.
Layihə həm iştirakçılardan, həm də proqramın mentor və müəllimlərindən tam dəstək alır. Növbəti mərhələdə isə inkubasiyaya keçən 21 layihə arasında ilk sıralarda yerini tutur.
Və biz – 7 nəfərlik bir komanda olaraq, bu ideyanı reallığa çevirmək üçün ilk addımımızı atdıq. Çünki bilirik: hər qadının ehtiyac duyduğu dəstək, onun ən özəl günlərində yanında olmalıdır.

LetsBlossom – hər qadının ən çətin anında yanında olmaq üçün yaradılıb.
Şəxsi təcrübədən doğan ideyamız, güclü komanda və böyük dəstək ilə gerçəyə çevrildi.
İndi isə biz buradayıq – qadınların ən özəl günlərini daha rahat və qayğılı etmək üçün!