Çəhrayı, yun örtüklü su torbası
15,00 ₼ Original price was: 15,00 ₼.9,10 ₼Current price is: 9,10 ₼.
yun örtüklü su torbası
Ölçü: 500 ML
Yun örtüklü su torbası soyuq günlərdə istilik və rahatlıq təmin edir. İstiliyi daha uzun müddət saxlayaraq sancılara təsir edir.
İsti su ilə doldurulduqda bədəni qızdırmaq, qarın və bel nahiyəsində rahatlıq yaradır. Xüsusilə soyuq havalarda isinmək, menstruasiya dövründə komfort hissini artırmaq və əzələ gərginliyini azaltmağa kömək edir.
Ölçüsü 19 x 16 sm-dir. Asanlıqla çantaya yerləşir və evdə, ofisdə və ya səyahətdə rahat istifadə oluna bilər.
Yumşaq örtüyü sayəsində toxunuşu xoşdur.
Menstruasiya məhsulları gigiyenik məhsullar kateqoriyasına aid olduğu üçün, qanunvericiliyə əsasən istifadə olunmamış olsa belə geri qaytarılmır. Bununla yanaşı, sifarişinizdə məhsulun növü və ya rəngi ilə bağlı hər hansı səhv olarsa, bütün məsuliyyəti biz üzərimizə götürürük. Belə hallarda məhsulun dəyişdirilməsi və ya geri qaytarılması prosesi sizin üçün sürətli və problemsiz şəkildə həyata keçirilir.
Əlaqədar məhsullar
Airiz Qadın Pedi
Airiz Qadın Pedi
8 qoruyucu qatla hazırlanmış, aktiv ion texnologiyalı hijyenik ped
Hər ay yaşadığınız günlər rahatlıq, etibarlılıq və sağlamlıq tələb edir. Airiz — adi pedlərdən fərqli olaraq aktiv oksigen və neqativ ion texnologiyası ilə işləyən, həm koruyucu, həm də nəfəs alan struktura sahib innovativ hijyenik peddir. Yalnız qorumur — qayğı göstərir.
Çəhrayı örtü
Menstrual dövr qadının həm fiziki, həm də emosional olaraq daha həssas olduğu zamandır. Bu günlərdə insan daha çox istilik, anlayış və incəlik axtarır. Çəhrayı örtü isə məhz bu duyğuları simvolizə edir – sevgi, qayğı və yumşaqlıq.
Çəhrayı rəng qadın enerjisini, zərifliyi və özünə qarşı mərhəməti ifadə edir. Bu rənglə əhatələnmək menstrual dövrdə özünü daha təhlükəsiz, daha rahat və daha dəyərli hiss etməyə kömək edir. Yumşaq toxuması ilə səni sanki sakitcə qucaqlayır, ağrı və yorğunluq anlarında istilik bəxş edir.
Çəhrayı rəng, ürək detallı ədyal
Güzgü
Krem rəng ədyal
Mavi örtü
Menstrual dövr zamanı qadın özünə daha çox rahatlıq, yumşaqlıq və anlayış göstərmək istəyir. Mavi örtü isə məhz bu həssas günlərdə sakitlik və balans hissi yaradır. Mavi rəng psixoloji olaraq sakitləşdirici təsir göstərir, gərginliyi azaldır və emosional dalğalanmaları yumşaltmağa kömək edir.
Yumşaq və isti toxuması ilə bu örtü menstrual dövrdə istirahət anlarınızı daha komfortlu edir. Divanda uzanarkən və ya yataqda dincələrkən sizi qucaqlayan istilik hissi verir. Özünüzə qayğı göstərdiyiniz o xüsusi günlərdə kiçik detalları belə önəmli olur – rahat mühit, sakit rənglər və yumşaq tekstura.
Menstrual təqvim
MISSHA Airy Fit Sheet Mask Tea Tree
MISSHA Airy Fit Sheet Mask Tea Tree – çay ağacı ekstraktı ilə zənginləşdirilmiş bir dəfəyə istifadə olunan parça maskası, həssas dərini effektiv şəkildə sakitləşdirir, iltihabı və qıcıqlanmanı azaldır, dərini bərabərləşdirir. Sızanağa, qara nöqtələrə və müxtəlif səpgilərə meyilli, problemli və yağlı dərilər üçün ideal seçimdir.
Maska ultra yüngül, su əsaslı strukturu ilə dərinin dərinliyinə hopur və dərini dərindən nəmləndirir. Çay ağacı yarpağı ekstraktı bakterisid və iltihabəleyhinə təsirlərə malikdir, sebum istehsalını tənzimləyir və dərinin sağalma prosesini sürətləndirir. Eyni zamanda çay ağacı yağı, ətraf mühitin mənfi təsirlərindən yaranan həssaslığı azaldaraq dərini qoruyur.

Rəylər
Hələ heç bir rəy yoxdur.